Mahirin komandası Superkubok matçına çıxır
Bu gün Xorvatiyada superkubok oyunu keçiriləcək.
Sportline.az xəbər verir ki, son çempion “Dinamo” (Zaqreb) ilə kubokun qalibi “Hayduk” (Split) üz-üzə gələcək. Bununla da komandalar yeni mövsümə rəsmən start verəcəklər. Xorvatiyada derbi adlandırılan bu matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Qeyd edək ki, hazırda “Dinamo”nun düşərgəsində olan Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin bu görüşdə iştkrakı istisna olunmur. Xorvatiya mətbuatının yazdığlna görə, “Konyaspor”dan icarədən qayıdan 26 yaşlı futbolçu təlim-məşq toplanışında özünü yaxşı tərəfdən göstərib və növbəti mövsüm “Dinamo”da qala bilər.