Mahrezə əvəzləyici tapılıb

"Mançester Siti" "Bayer Leverkuzen"in yarımmüdafiəçisi Florian Virtsi transfer etməyi düşünür.

Sportline.az xəbər verir ki, “şəhərlilər” “Əl-Əhli”yə yollanan cinah yarımmüdafiəçisi Riyad Mahrezin yerinə 20 yaşlı alman futbolçunu transfer etməyi düşünür. Virsin istedadı “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola tərəfindən yüksək qiymətləndirilir.

O, Leverkuzen üçün 103 oyunda 23 qol vurub və 30 məhsuldar ötürmə edib.