Makron Mbappeyə təsir göstərməyə çalışır

Fransa prezidenti Emmanuel Makron Kilian Mbappeni PSJ-də qalmağa səsləyib.

Sportline.az El Debate nəşrinə istinadla xəbər verir ki, o, futbolçuya yeni müqavilə bağlamağı məsləhət görüb.

Makron Mbappenin 2024-cü il Paris olimpiadasınadək PSJ-də qalmasını arzulayır.

Klub prezidenti Nasser Əl-Xelayfi hücumçuya 2025-ci ilədək müqavilə təklif etsə də, Kilian "Real" sevdasından əl çəkmir.

Qeyd edək ki, Mbappenin yeni mövsümü Madrid təmsilçisində keçirəcəyi ilə bağlı xəbərlər səngimir.