"Mançester Siti" 19 yaşlı Barko ilə maraqlanır

"Boka Xuniors"un müdafiəçisi Valentin Barko karyerasını İngiltərədə davam etdirə bilər.

Sportline.az xəbər verir ki, 19 yaşlı argentinalı üçün "Mançester Siti" mübarizə aparır. İngilis klubunun marağı 2022-ci ilin fevralında bildirilmişdi.

Ötən mövsüm Barko 18 oyun keçirib, bir qol vurub və iki məhsuldar ötürmə edib.