"Mançester Siti" 3 xalı 3 qolla qazandı

İngiltərə Premyer Liqasında 2023/2024 mövsümü başlayıb.

Sportline.az xəbər verir ki, açılış matçında "Bernli" və "Mançester Siti" üz-üzə gəlib. Matç Mançester təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Bernli" - "Mançester Siti" - 0:3
Qollar
: Haaland, 4, 36, Rodri, 75
Qırmızı vərəqə: Zaruri, 90+5 ("Bernli")

Qeyd edək ki, ötən mövsüm “Mançester Siti” İngiltərə çempionu olub.