"Mançester Siti" azarkeşlərinə bəd xəbər

“Mançester Siti”nun kapitanı Kevin De Brüyne zədədən əziyyət çəkir.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, UEFA Çempionlar Liqasının final görüşündə “İnter” ilə matçda zədələnən De Brüynenin uzun müddət zədədən əziyət çəkəcəyi və oynaya bilməyəcəyi bildirilir. 

Futbolçunun dizində yaranan problem onun, mövsümün ilk yarısında meydandan kənar qalmasına səbəb ola bilər.  

Qeyd edək ki, belçikalı futbolçu final görüşünün 2-ci yarısında zədələndiyindən oyunu davam etdirə bilməmişdi.