"Mançester Siti" də onun üçün mübarizəyə qoşulub
"Mançester Siti" Deklan Rays ilə müqavilə bağlamaq niyyətindədir.
Sportline.az xəbər verir ki, "Vest Hem"lə danışıqlar inkişaf mərhələsindədir. "Şəhərlilər" danışıqları tamamlamaq və İngiltərə millisinin yarımmüdafiəçisi üçün mübarizə aparan "Arsenal"ı qabaqlamaq istəyirlər.
Rays 2022/23 mövsümündə Premyer Liqada 37 oyuna çıxıb və 4 qol vurub.