"Mançester Siti" istəyinə çatmadı

"Vest Hem" Deklan Raysı "Mançester Siti"yə satmayıb.

Sportline.az xəbər verir ki, bu haqda "The Athletic"in jurnalisti Devid Ornsteyn məlumat yayıb.

Onun sözlərinə görə, "şəhərlilər"in 80 milyon funt sterlinq dəyərində təklifi "çəkicdöyənlər"i qane etməyib.

Raysla "Arsenal"ın da ciddi maraqlandığı bildirilir.

Qeyd edək ki, son mövsümdə 37 oyuna çıxan yarımmüdafiəçi 4 qol və 2 asistlə yadda qalıb.