"Mançester Siti" portuqaliyalı futbolçunun transferini açıqlayıb
İngiltərənin "Mançester Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportline.az xəbər verir ki, "şəhərlilər"in rəsmi saytına istinadən xəbər verir ki, “Vulverhempton”dan Mateus Nunyes transfer olunub.
25 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, portuqaliyalı futbolçu 2022-ci ildə "Sportinq"dən “Vulverhempton”a keçmişdi.