"Mançester Siti" uduzdu, "Lester" zirvədə
İngiltərə "Premyer Liqa"sında 13-cü turun növbəti görüşləri keçirilib. SportLine.az xəbər verir ki, turun mərkəzi görüşündə "Mançester Siti" və "Liverpul" komandaları üz-üzə gəliblər. Matç qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb.
21 noyabr 2015
İngiltərə "Premyer Liqa"sı, 13-cü tur
"Mançester Siti" -"Liverpul" 1:4
QOLLAR: Manqala, 8/a.q. (0:1); Koutinyo, 23 (0:2); Roberto Firmino, 32 (0:3); Serxio Aqüero, 44 (1:3); Şkrtel, 81 (1:4)
Günün digər qarşılaşmalarında bu nəticələr qeydə alınıb:
"Uotford" - "Mançester Yunayted" 1:2
"Çelsi" - "Norviç" 1:0
"Everton" - "Aston Villa" 4:0
"Nyukasl" - "Lester" 0:3
"Sauthempton" - "Stok Siti" 0:1
"Suonsi" - "Bornmut" 2:2
"Vest Bromviç" -"Arsenal" 2:1
Qeyd edək ki, bu nəticələrdən sonra xal hesabını 28-ə yüksəldən "Lester" zirvəyə yüksəlib.