"Mançester Siti" ulduzunu komandada saxladı
"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubla yeni müqavilə imzalamağa şifahi razılıq verib.
Sportline.az xəbər verir ki, 29 yaşlı futbolçu artıq qərarını rəhbərliyə rəsmən təsdiqləyib. "Siti" portuqaliyalının gələn həftənin sonuna qədər müqavilə imzalamasını gözləyir. Yeni müqavilə 2026-cı ilin iyun ayına qədər qüvvədə olacaq.
Silvanın hazırkı müqaviləsi 2025-ci ilə qədərdir.