"Mançester Siti" ulduzunu saxladı

"Mançester Siti"nin müdafiəçisi Kayl Uoker klubu ilə yeni müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, yeni müqavilənin müddəti 2026-cı ilə qədərdir.

Uoker 2017-ci ildən "Siti"də çıxış edir. Bu mövsüm o, "Mançester Siti"nin heyətində 6 dəfə meydanda olub və heç bir qol vurmayıb. Müdafiəçinin əvvəlki müqaviləsi 2024-cü ilə qədərdi.