"Mançester Siti"də yeni müqavilə
"Mançester Siti" Natan Ake ilə müqaviləni uzadıb.
Sportline.az xəbər verir ki, 27 yaşlı müdafiəçi ilə yeni müqavilə 2027-ci ilə qədər nəzərdə tutulub.
Ake ötən mövsüm Premyer Liqada "Mançester Siti"nin heyətində 26 oyuna çıxıb və bir qol vurub.