"Mançester Siti"də yeni təyinat
İspaniyalı məşqçi Xuan Manuel Lillo Xosep Qvardiolanın "Mançester Siti"dəki məşqçilər korpusuna qayıdıb.
Sportline.az xəbər verir ki, mütəxəssis 2020-2022-ci illərdə komandada çalışıb, bundan sonra ispaniyalı İngiltərə klubundan ayrılaraq "Əl-Sədd"ə rəhbərlik edib. İndi Lillo Mançesterə qayıdıb.
“Mançester Siti” 2023/24 mövsümünün ilk rəsmi matçını avqustun 6-da bazar günü keçirəcək.