"Mançester Siti"dən "Barselona"ya

"Mançester Siti"nin müdafiəçisi Joao Kanselo "Barselona"ya keçməyə yaxındır.

Sportline.az xəbər verir ki, 29 yaşlı portuqaliyalı Kataloniya klubu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

Kanselu 2022/23 mövsümünün ikinci yarısını icarə əsasında "Bavariya"da keçirib. Müdafiəçi münhenlilərin heyətində 21 oyun keçirib, 1 qol vurub və 6 məhsuldar ötürmə verib.