“Mançester Siti”dən “Əl-Əhli”yə

“Əl-Əhli” “Mançester Siti”nin futbolçusu Riyad Mahrezi transfer edib.

Sportline.az məşhur idman jurnalisti Fabrisio Romanonun paylaşımına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu futbolçu üçün “Mançetser Siti”yə 35 milyon avro ödəyib.

Futbolçu yeni mövsümdə “Əl-Əhli” klubunun şərəfini qoruyacaq.

Qeyd edək ki, Riyad Mahrez “ Mançester Siti” forması ilə bu mövsüm 47 görüşdə 15 qol, 13 asistlə yadda qalıb.