"Mançester Yunayted" 21 yaşlı futbolçu üçün 96 milyon avro ödəyəcək
"Mançester Yunayted" 21 yaşlı futbolçu üçün 96 milyon avro ödəyəcək.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, "qırmızı şeytanlar" gənc müdafiəçi Cerrard Bratveyt üçün "Everton" klubuna 96 milyon avro ödəməli olacaq.
"Mançester Yunayted" bu məbləği daha öncə Hari Maquayeri transfer etmək üçün ödəmişdi.
Qeyd edək ki, "qırmızı şeytanlar" futbolçunun keçidi üçün tələb olunan məbləğə hazır olduqlarını bildiriblər.