"Mançester Yunayted" 34 yaşlı futbolçunu transfer etmək istəyir
"Mançester Yunayted" "Real Madrid"də icarə əsasında çıxış edən 34 yaşlı hücumçunu transfer etmək istəyir.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, söhbət ispaniyalı futbolçu Xoseludan gedir.
"Qırmızı şeytnalar" Xoeslu üçün "Espanyol" klubu ilə danışıqlara başlayıblar.
Qeyd edək ki, Xoselu bu mövsüm çıxdığı 38 oyunda 13 qol, 3 asistlə yadda qalıb.