"Mançester Yunayted" "Atalanta"ya elçi düşür
"Mançester Yunayted" Rasmus Heilund üçün yeni təklif planlaşdırır.
Sportline.az “The Telegraph”a istinadən xəbər verir ki, mankunianlılar “Atalanta”ya yeni təkliflə çıxış etmək niyyətindədir. Klub 50 milyon funt-sterlinqin (təxminən 59 milyon avro) berqamoluları hücumçunu satmağa razı salmaq üçün kifayət edəcəyinə inanır.
Danimarkalı "Yunayted"in hücumçu mövqeyində əsas hədəfidir . "Atalanta"nın minimum 60-70 milyon avro tələb etdiyi bildirilir .
2022/23 mövsümündə Heilund A Seriyasında 32 matçda 9 qol vurub.