"Mançester Yunayted" "Barselona"nın futbolçusuna iki qat maaş təklif edir

"Mançester Yunayted" "Barselona"nın müdafiəçisi Ronald Arauxonu heyətinə qatmaq niyətindədir.

Sportline.az Sport.es-ə istinadla xəbər verir ki, İngiltərə klubu futbolçuya "Barselona"da aldığı maaşın iki qatını təklif edib.

Mənbənin sözlərinə görə, uruqvaylı müdafiəçi daha əvvəl “Barselona”nın yeni müqavilə təklifini rədd edib, lakin sonradan onu nəzərdən keçirəcəyini bildirib. Kataloniya klubunun isə 30 iyun 2024-cü ilə qədər Arauxonun  müqaviləsi ilə bağlı vəziyyəti həll etmək istədiyi vurğulanır.

Xatırladaq ki, Arauxo ötən mövsüm İspaniya klubunun heyətində 38 oyunda meydanda olub.O, bu görüşlərə 1 qol və 2 məhsuldar ötürmə ilə komandası xeyir verib.25 yaşlı müdafiəçinin hazırki klubu ilə müqaviləsi 2026-cı ilə qədər qüvvədədir.