"Mançester Yunayted" daha bir Onana ilə marqlanır
"Mançester Yunayted" "Everton"un yarımmüdafiəçisi Amadu Onana ilə maraqlanır.
Sportline.az xəbər verir ki, mankunianlar hələ də "Everton"a rəsmi təklif verməyib. Qeyd olunur ki, Liverpul klubu 21 yaşlı belçikalı üçün təxminən 60 milyon funt-sterlinq istəyəcək.
Onana 2022-ci ilin yayında 35 milyon avroya "Lill"dən "Everton"a keçib. Mərkəz yarımmüdafiəçisi ötən mövsüm klubun heyətində 35 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.