“Mançester Yunayted” futbolçusu ilə yolları ayırır
“Mançester Yunayted” gənc futbolçu Meyson Qrinvudu satışa çıxarıb.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, baş məşqçi Erik Ten Haq Qrinvudla yollarını ayırmaq istədiyini deyib.
Mançesterlilər futbolçunu ən qısa zamandan göndərmək niyyətindədirlər.
Qeyd edək ki, 21 yaşlı hücumçunun hazırkı dəyəri 50 milyon avrodur.