"Mançester Yunayted" "İnter"lə razılaşdı
“Mançester Yunayted” Andre Onananın transferi ilə bağlı “İnter”lə demək olar ki, razılığa gəlib.
Sportline.az xəbər verir ki, danışıqların son raundu uğurlu alınıb və tezliklə ingilis komandası son təklifi göndərəcək.
Müqavilənin gələn həftənin sonuna qədər bağlanacağı gözlənilir.
“Mançester Yunayted” qapıçının ABŞ turunda komandaya qoşulmasını istəyir. Amerikada ilk oyun iyulun 22-də baş tutacaq.