"Mançester Yunayted" Maunt məsələsində israrlıdır

"Mançester Yunayted" və "Çelsi" Meyson Mauntun transferi ilə bağlı razılığa gəlib.

Sportline.az xəbər verir ki, mankunianlar yarımmüdafiəçi üçün 55 milyon funt-sterlinq ödəyəcək. Daha 5 milyonu isə bonus olaraq verilir.

24 yaşlı yarımmüdafiəçiyə daha bir il uzadılmaq şərti ilə 5 illik müqavilə təklif olunub.

İngilis futbolçu gələn həftə fiziki müayinədən keçəcək.

2022/23 Premyer Liqasında Maunt 24 oyun keçirib və 3 qol vurub.

Banner