"Mançester Yunayted" Onana ilə şərtləri razılaşdırdı
"İnter"in qapıçısı Andre Onananın "Mançester Yunayted"ə keçidi həll olunmaq üzrədir.
Sportline.az xəbər verir ki, bunu məşhur idman jurnalisti Fabrisio Romano deyib.
Onun sözlərinə görə 27 yaşlı futbolçu ilə anlaşma əldə olunub.
İndi klubla şərtləri razılaşdırmaq qalır.
Milanlıların kamerunlu qolkiper üçün 60 milyon avro tələb etdiyi bildirilir.
Mançesterlilər isə keçidi 50 milyon avroya həll etmək niyyətindədirlər.