"Mançester Yunayted" qapıçı ilə vidalaşır

"Mançester Yunayted" kamerunlu qapıçısı Andre Onana ilə yollarını ayırmağa hazırlaşır.

Sportline.az xəbər verir ki, bu haqda "United Muppetiers" nəşri məlumat yayıb.

28 yaşlı kiper 2023-cü ilin yayında "İnter"dən "Mançester Yunayted"ə 50.2 milyon avro qarşılığında transfer olmuşdu.

Qeyd edək ki, Onananın İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

O bu mövsüm 40 rəsmi matçda iştirak edib və qapısında 53 top görüb.