"Mançester Yunayted" qapıçı transferini bu həftə həll edə bilər

"Mançester Yunayted" Onanın transferini tezliklə həll etməkdə israrlıdır.

Sportline.az La Gazzetta dello Sport nəşrinə istinadla xəbər verir ki, komandanın baş məşqçisi Erik Ten Haq kamerunlu qapıçını sərəncamında görmək itəyir.

"Ayaks"da onunla birgə çalışmış futbolçu da sabiq çalışdırıcısının təklifini müsbət cavablandırıb.

"Mançester Yunayted" rəsmiləri bu həftə ərzində "İnter"lə anlaşmaya nail olmaq üçün hərəkətə keçiblər.

Milanlılar futbolçu üçün 60 milyon avro tələb edirlər.