"Mançester Yunayted" ten Haqa inanır

“Mançester Yunayted” rəhbərliyi komandanın baş məşqçisi Erik ten Haqı dəstəkləyir.

Sportline.az xəbər verir ki, klub hələ 53 yaşlı mütəxəssisin gələcəyini müzakirə etmək niyyətində deyil. Rəhbərlik ten Haqa güvənir və onu komandanın uzunmüddətli perspektivdə irəliləməsinə kömək edəcək ideal məşqçi kimi görür.

Bildirilir ki, klub hesab edir ki, komandanın uğursuz çıxışının səbəblərindən biri də budur - zədələr.

"Mançester Yunayted" mövsümün əvvəlində keçirdiyi 10 matçda 6 məğlubiyyətlə üzləşib. Çempionlar Liqasında ardıcıl iki oyunda məğlub olan mankunianlılar A qrupunda sonuncu pillədə qərarlaşıb. Premyer Liqada 7 oyundan 9 xal toplayan ten Haqın komandası 10-cu yerdədir.