"Mançester Yunayted" yeni formasını təqdim etdi
"Mançester Yunayted" 2023/24 mövsümünün geyim dəstini təqdim edib.
Sportline.az xəbər verir ki, komandanın ev formaları ənənəvi qırmızı rəngdə olacaq.
Köynəklərin çiynində qara rəngdə detallar da əksini tapacaq.
"Qırmızı şeytanlar"ın yeni geyimləri azarkeşlər tərəfindən müsbət rəylər alıb.