"Mançester Yunayted"də yeni kapitan
"Mançester Yunayted" yeni kapitan təyinatını açıqlayıb.
Sportline.az xəbər verir ki, bu gündən etibarən komandanın kapitanı rolu yarımmüdafiəçi Bruno Fernandesə həvalə edilib .
Daha əvvəl “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq müdafiəçi Harri Maquayrı kapitanlıqdan məhrum etmişdi .
Fernandes 2020-ci ilin fevralından "Yunayted"də çıxış edir . O, Premyer Liqa çərçivəsində 124 oyun keçirib və 44 qol vurub.