"Mançester Yunayted"dən "Beşiktaş"a

"Mançester Yunayted"in müdafiəçisi Erik Bayi "Beşiktaş"la müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, 29 yaşlı futbolçu ilə müqavilənin şərtləri barədə məlumat verilmir.

Bayi ötən mövsüm "Marsel"də icarə əsasında çıxış edib. O, bütün yarışlarda 23 oyuna çıxıb, 3 sarı və 1 qırmızı vərəqə alıb.