"Mançester Yunayted"dən "Çelsi"yə 3-cü təklif

"Mançester Yunayted" Meyson Maunt üçün yeni təklif təqdim edib.

Sportline.az xəbər verir ki, "Mançester Yunayted" iki rədd cavabından sonra "Çelsi"nin yarımmüdafiəçisi üçün üçüncü rəsmi təklifini edib.

"Mançester Yunayted"in 55 milyon funt-sterlinq təklif etdiyi güman edilir və "mavilər" bundan imtina edərsə, danışıqları bitirməyə hazırdırlar.

London komandası 65 milyon funt-sterlinqə yaxın bir məbləğ almaq istəyir.

Mauntun müqaviləsi 2024-cü ilin yayında başa çatır.