"Mançester Yunayted"dən transfer
"Atalanta"nın hücumçusu Rasmus Hoylund "Mançester Yunayted"ə keçib.
Sportline.az xəbər verir ki, 20 yaşlı hücumçu ilə 2028-ci ilin yayına kimi müqavilə imzalanıb. Transferin təxmini məbləği 85 milyon avrodur.
Hoylund 2022-ci ilin avqustundan "Atalanta"da çıxış edirdi.
2022/23 mövsümündə danimarkalı hücumçu bütün yarışlarda 34 matçda 10 qol vurub və 4 məhsuldar ötürmə edib.