“Mançester Yunayted”dən “Vest Hem Yunayted”ə
"Mançester Yunayted"in təcrübəli müdafiəçisi "Vest Hem Yunayted"ə keçəcək.
Sportline.az Sporx.com-a iatinadla xəbər verir ki, təcrübəli müdafiəçi Hari Maquayr klubdan ayrılmaq istəməsə də "qırmızı şeytanlar" uyğun təklif gələcəyi təqdirdə dəyərləndirəcəklərini bildiriblər.
2019-cu ildən "Mançester Yunayted"də çıxıç edən müdafiəçi etdiyi səflərlə azarkeşlərin qəzəbinə tuş gəlsə də son zamanlardakı performansı ilə diqqət mərkəzinə düşməyi bacarıb. "Vest Hem Yunayted" Hari Maquayr üçün 50 milyon avro təklif edəcək.
Qeyd edək ki, Hari Maquayr bu mövsüm çıxdığı 23 oyunda 2 qol, 2 asistlə yadda qalıb.