"Mançester Yunayted"dən yeni transfer

"Mançester Yunayted" "Sportinq"in futbolçusu  Bruno Fernandeşin komandaya keçidini təsdiqləyib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi sabah tibbi müayinədən keçəcək. Bundan sonra İngiltərə klubunun portuqaliyalı futbolçu ilə 2025-ci ilədək müqavilə
bağlayacağı bildirilib.

Qeyd edək ki, B.Fernandeş 2017-ci ildən "Sportinq"də çıxış edir. O, bu mövsüm 17 oyuna çıxaraq 8 qol vurub və 7 qolun ötürməsini verib.