"Mançester Yunayted"dən "yox" cavabı
"Mançester Yunayted" yarımmüdafiəçi Skott MakTominayı "Vest Hem"ə satmaqdan imtina edib.
Sportline.az xəbər verir ki, "qımızı şeytanlar" londonluların 30 milyon funt-sterlinq (34,8 milyon avro) təklifini rədd ediblər. Bundan sonra nə baş verməsi “Vest Hem”in 26 yaşlı futbolçu üçün yeni təklif edib-etməməsindən asılıdır.
Bundan əlavə, klub "Mançester Yunayted"dən müdafiəçi Harri Maquayrı da almaq niyyətindədir. Bununla bağlı danışıqlar inkişaf etmiş mərhələdə deyil.
2022/23 mövsümündə Skott "qırmızı şeytanlar"ın heyətində bütün yarışlarda 38 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub.