"Mançester Yunayted"in maraq dairəsinə düşüb

"Mançester Yunayted" "Bayer"in çexiyalı futbolçusu Patrik Şiki transfer etmək üçün hərəkətə keçib.

Sportline.az jurnalist Patrik Bergerin məlumatına istinadən xəbər verir ki, Almaniya klubu Patrik üçün ən azı 25-30 milyon avro tələb edir.

29 yaşlı futbolçunun "Bayer"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Patrik Şik bu mövsüm çıxış etdiyi 40 matçda 23 qol və 1 məhsuldar ötürmə müəllifi olub.