"Mançester Yunayted"in sabiq futbolçusu 1011 gün sonra qol vurub

Qış transfer pəncərəsində Cənubi Koreyanın "Seul" komandasına transfer olunan sabiq "Mançester Yunayted"li Cessi Linqard 1011 gün sonra qol sevinci yaşayıb.

Sportline.az xəbər verir ki, 31 yaşlı futbolçu yerli çempionatın 19-cu turunda keçirilən "Seul"-"Qanqvon" oyununda buna nail olub.

Linqard matçın 55-ci dəqiqəsində penaltindən komandasını irəli çıxarıb.

Görüş paytaxt klubunun 2-0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, daha əvvəl "Nottinqem Forest", "Vest Hem" və "Mançester Yunayted"də çıxış edən Linqard 32 dəfə İngiltərə millisinin şərəfini qoruyub.