"Mançester Yunayted"in transfer planı
"Mançester Yunayted" futbolçularını Rasmus Heilund üçün dəyişməyi düşünür.
Sportline.az xəbər verir ki, "Atalanta" Heilund üçün təxminən 100 milyon avro tələb edir. Lakin “Mançester Yunayted” bu məbləği çox yüksək hesab edir. Klub müqaviləyə oyunçuları, xüsusən Fred və Donny van de Beeki də daxil etməyi düşünür .
Bununla belə, "Atalanta" təklif olunan oyunçulara maraq göstərməyib və məbləği tam ödəməkdə israr etməkdə davam edir.