Mançini rəsmən Səudiyyə Ərəbistanı millisində
Səudiyyə Ərəbistanı milli komandası sosial şəbəkələrdə Roberto Mançininin baş məşqçi təyin olunduğunu açıqlayıb.
Sportline.az xəbər verir ki, tərəflər 2026-cı ilə qədər qüvvədə olan müqavilə bağlayıblar.
Avqustun 13-də 58 yaşlı Mançini İtaliya millisindən ayrılıb. Daha əvvəl mütəxəssisin ölkə futbol federasiyasının prezidenti Qabriel Qravina ilə fikir ayrılığına görə getdiyi bildirilirdi.
2020-ci ildə Mançini İtaliyaya Avro-2020-də qələbə qazandırdı, lakin onun rəhbərliyi altında milli komanda 2022-ci il Dünya Çempionatına çıxa bilmədi.