Manenin transferi sona yaxınlaşır

"Bavariya" Sadio Manenin "Əl-Nəsr"lə danışıqlar apardığını təsdiqləyib.

Sportline.az xəbər verir ki, Münhen klubu seneqallının başqa klubla danışıqlar apardığı üçün "Kavasaki Frontale" ilə oyun üçün heyətdə olmadığını bildirib.

Sövdələşmə son mərhələdədir, transfer qiyməti 32 milyon avrodan aşağıdır.

Mane ötən yay Münhen klubuna keçib. Bundesliqada 25 oyun keçirib, 7 qol vurub və 5 məhsuldar ötürmə edib.