“Mançester Siti”nin idman direktoru “Real Madrid”lə qarşılaşma barədə danışıb

“Mançester Sitinin” idman direktoru Çiki Beqiristayn Çempionlar Liqasının ¼ final mərhələsinin püşkatma nəticələrindən danışıb.

Sportline.az Sovsport.ru-ya istinadla xəbər verir ki, “Defensa Central” Çiki Beqiristaynın sözlərinə bu cür yer verib.

“Nəqədər olar?! Həmişə eyni şey (gülərək).Qarşıda ¼ final var.Ötən mövsümü xatırlamağa çalışaq.Şanslar? 50 nin 50-yədir.Ən böyüklərlə yarışmaqdan xoşbəxtik.Bu mərhələdə olmaq bizim üçün qürur vericidir.Əla turnir keçiririk, komanda özünə inanır.Çempionlar Liqası- “Real Madrid”in turniridir.Onların necə olduğunun əhəmiyyəti yoxdur, onlar bu turniri hiss edir və həzz alırlar.Bu mövsüm 3 titul qazanmaq istəyirik, bunu edəcək komandamız var” deyə bildirib.

Qeyd edək ki, Çempionlar Liqasında birinci oyunlar aprelin 9 və 10-u, cavab oyunları isə 16 və 17-si baş tutacaq.