Maquayr "Bavariya" ilə oyunda olmayacaq

“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda “Bavariya” ilə oyunu buraxacaq.

Sportline.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın rəsmi saytı məlumat yayıb.

30 yaşlı ingilis zədə səbəbindən komanda ilə Münhenə uçmayıb.

"Bavariya" - "Mançester Yunayted" oyunu çərşənbə günü, sentyabrın 20-də keçiriləcək.