Maquayrın anası dilə gəldi...
"Mançester Yunayted"in və İngiltərə millisinin müdafiəçisi Harri Maquayrın anası Zoe Maquayr oğlunu müdafiə edib.
Sportline.az xəbər verir ki, açıqlamada deyilir: “bir ana kimi fanatlardan, ekspertlərdən və mediadan oğlum haqqında mənfi və təhqiredici şərhlər görürəm. Bu, klubun və ölkənin şərəfi üçün mübarizə aparanları demirəm, həyatın istənilən təbəqəsi üçün utancverici və qətiyyən qəbuledilməzdir. Mən başa düşürəm ki, futbol dünyasında eniş-yoxuş, müsbət və mənfi cəhətlər var, lakin Harrinin əldə etdiyi şey futboldan çox kənara çıxır. Onun nələr yaşadığını görmək mənim üçün normal deyil. Mən digər oyunçuların və ya valideynlərin bu yolu keçdiyini görməkdən nifrət edərdim".