Maquayrın gedişi sürətlənir

"Vest Hem" "Mançester Yunayted"in müdafiəçisi Harri Maquayrı transfer etmək üçün razılığa gəlib.

Sportline.az xəbər verir ki, "çəkicdöyənlər" 30 yaşlı futbolçu üçün 30 milyon funt sterlinq (34,8 milyon avro) ödəyəcək. Müqavilənin şəxsi şərtlərinin tərəflər arasında asanlıqla razılaşdırılacağı gözlənilir.

Maquayr 2019-cu ildən “Mançester Yunayted”də çıxış edir və müqaviləsi 2025-ci ilin yayına qədərdir. Ötən mövsüm o, mankunianların heyətində 31 oyun keçirib, qol vurmayıb. Mövsümlərarası fasilədə müdafiəçi klubdakı kapitanlığını itirib.

"Transfermarkt" oyunçunu 20 milyon avro qiymətləndirir.