Mario Fernandes seçimini etdi

Moskva ÇSKA-sının sabiq müdafiəçisi Mario Fernandes karyerasını "Zenit"də davam etdirəcək.

32 yaşlı futbolçu azad agent statusunda Sankt-Peterburq təmsilçisinə keçib.

Onunla uzadılması nəzərdə tutulan 1 illik müqavilə imzalanıb.

Rusiya millisinin üzvü ilinə 2 milyon avro qazanacaq.