Marko Yankoviç: “Qarabağ” hər bir komandaya qarşı oynaya bilər"

“Böyük klublara qarşı çox oynamışıq. Hər cür nəticə qeydə alına bilər. Futbolun gözəlliyi də məhz bundadır”.

Sportline.az xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun futbolçusu Marko Yankoviç Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda sabah "Ayaks"la keçiriləcək matçdan öncə mətbuat konfransında deyib.

29 yaşlı yarımmüdafiəçi meydana yaxşı nəticə üçün çıxacaqlarını qeyd edib: “Keçmişdə keçirdiyimiz oyunlar onu göstərir ki, “Qarabağ” hər bir komandaya qarşı oynaya bilər. Sabah qalib gələ də bilərik, uduza da, heç-heçə edə də. Əsas odu ki, meydanda əlimizdən gələni edək, azarkeşlərimizi qane edəcək, yaxşı oyun göstərək. Nəticənin bizim üçün yaxşı olacağına ümid edirəm".

Qeyd edək ki, oktyabrın 24-də keçiriləck “Qarabağ” -  “Ayaks” matçı saat 20:45-də başlanacaq.