"Marsel" "Barselona"ya elçi düşüb

"Marsel" "Barselona"nın futbolçularından birinin hesabına müdafiəni gücləndirmək istəyir.

Sportline.az xəbər verir ki, Fransa klubu Erik Qarsiya və ya Klement Lenqlenin alınmasını müzakirə etmək üçün "Barselona" ilə əlaqə saxlayıb.

Eyni zamanda, maaş yüksək olduğu üçün sonuncu ilə müqavilə imzalamaq xüsusilə çətin olacaq. Lenqle çətin ki, qiyməti aşağı salmağa razı olsun, çünki onun bir sıra daha yaxşı təklifləri var və ümumiyyətlə, Premyer Liqada oynamağa üstünlük verir.

Lenqle üçün "Barselona" 15 milyon avro almaq istəyir.