"Marsel"in prezidenti geri addım atmayacaq

"Marsel" prezidenti Pablo Lonqoriya kluba rəhbərlik etməyə davam edəcək.

Sportline.az xəbər verir ki, Lonqoriyanın qərarını sentyabrın 22-də keçiriləcək mətbuat konfransında açıqlayacağı gözlənilir.

Sentyabrın 20-də "Marsel" Marselino Qarsiya Toralın komandanın baş məşqçisi postundan istefa verdiyini açıqlayıb. Klub bu qərarın qeyri-futbol səbəblərdən verildiyini və sentyabrın 18-də azarkeşlərlə klub rəhbərliyi arasında baş tutan görüşlə bağlı olduğunu vurğulayıb.

Fransa mətbuatı iclasda “Marsel” azarkeş hərəkatının liderlərinin məşqçi və rəhbərliyi klubu tərk etməklə hədələdiyini yazıb.

"Marsel" Liqa 1-də 5 turdan sonra 9 xalla 4-cü yerdədir.