Martinez "İnter"də maaşa görə hamını qabaqlaya bilər

Ulduz futbolçu Lautaro Martinez yaxın günlərdə "İnter"lə müqaviləsini yeniləyə bilər.

Sportline.az "La Gazzetta dello Sport"a istinadla xəbər verir ki, bu halda "İnter"in hücumçusunun maaşı artırılacaq. Yeni sözləşmə argentinalı forvarda ildə 7 milyon avro qazandıracaq. Bu, "İnter"in futbolçulara verdiyi məvaciblərin ən yüksək həddidir.

Martinezin komandası ilə cari sözləşməsi 2026-cı ilin yayına kimidir.